Zəmanət

Bakıda və bölgələrimizdə satış sonrası xidmətlərə: məhsulun ünvana çatdırılması və quraşdırılması, məhsulun xüsusiyyət və keyfiyyətləri barədə istehlakçının məlumatlandırılması, şikayətlərin vaxtında cavablandırılması və lazımı köməyin göstərilməsi daxildir. FEELLİFE VAPE firmasından aldığınız məhsullara 3 aydan 1 ilədək zəmanət verilir. Bu zəmanət markalara görə fərqlənir. Zəmanət şərtlərinə uyğun olaraq bu müddət ərzində hər hansı bir texniki nasazlıq baş verdikdə bu nasazlıq mağazamızın texniki-təmir personalı tərəfindən təmir edilir, eyni zamanda zəmanətdən sonra da təmir işləri və texniki dəstək həyata keçirilir.

Hörmətli müştərilər

Aldığınız məhsulun quraşdırılması və istifadəsi üçün mütləq “FEELLİFE VAPE” təşkilatına müraciət etməyiniz məsləhət görülür. Əks halda düzgün olmayan quraşdırılmalar sizi pulsuz servis xidmətindən məhrum edə bilər. Servis mərkəzinə müraciət etmədən öncə istifadə qaydalarını oxuyun.

Zəmanət Şərtlərinə Aiddir!

Zəmanət müddətində təmir işlərini servis məntəqələrində aparılması daha məqsədə uyğundur.
Zəmanət müddətində servis mərkəzinə, müraciət olunan tarixdən etibarən ən gec 72 saat ərzində xidmət göstərilir.
Təmir məqsədi ilə müştəridən qəbul olunmuş məhsul 14 ( on dörd) iş gününə qədər geri təhvil verilir.
Məhsul alınan tarixdən etibarən zəmanət müddəti başlanmış sayılır.

Zəmanət Şərtlərinə Aid Deyil!

İstismar qaydalarına riayət edilməməsi nəticəsində yaranan nasazlıqlar
Mexaniki zədələnmələr
Periodik təmizləmələr (filtrlərinin təmizlənməsi, başlıqlarının təmizlənməsi və.s ) və təmizləmə işləri
Şüşə və plastik hissələrin mexaniki zədələnmələri
Nəmişliyin normadan yuxarı olmasından yaranan paslanma və elektronik nasazlıqlar
Original olmayan yağlardan istifadə edərkən və ya Elektrik parametrlərinin normadan kənara çıxması nəticəsində yaranan nasazlıqlar
Məhsulda servis mərkəzinin xəbəri olmadan istehsalçı konstruksiyasının dəyişdirilməsi, kabel sisteminə calaq verilməsi nəticəsində yaranan nasazlıqlar
Səlahiyyəti olmayan kənar şəxslərin müdaxiləsi nəticəsində yaranan nasazlıqlar
Təbii fəlakət nəticəsində yaranan nasazlıqlar
Məhsulun daxilinə kənar cismlərin, həşəratların və ya maddələrin düşməsi nəticəsində yaranan nasazılqılar
Müştərinin təkidi ilə düzgün və istifadəyə uyğun olmayan yerdən quraşdırmalar nəticəsində yaranan nasazlıqlar
Zəmanət talonundakı seriya nömrəsi ilə məhsulun üzərindəki seriya nömrəsi uyğun gəlməsə və yaxud satış tarixinə sonradan dəyişiklik edilməsi nəticəsində satış tarixini müəyyən etmək mümükün olmazsa